Dininin hekayəsi (İndoneziya)

Dini

Ailənin ilk övladı olan 12 yaşlı Dini həmişə atasına yaxın idi. Atasının qəfil ölümü Dinini çox sarsıtdı. Atası sağ olarkən anasına xəyanət etdiyi aşkar olanda Dininin sarsıntısı qəzəbə çevrildi.

Əziyyətlərlə üzləşən dul qalmış anası Dinidən yaşca balaca olan üç övladını uşaq evinə verməli oldu. Dörd il sonra Diniyə xəbər verdilər ki, anası yenidən ailə qurur. Bu xəbər Diniyə çox pis təsir etdi və anlamadı ki, anası niyə bu barədə ona heç nə deməyib. Atası onu məyus etdiyi kimi, anası  da onu ruhdan saldı və Dininin artıq bu həyatda etibar edəcəyi bir kəs qalmadı.

 

Dini məktəbdə araqarışdıran uşaqlarla dostluq edirdi, dərslərdən qaçırdı, məktəb geyimini geyinmirdi, savaşmalara qoşulurdu. Onun bəzi dostları ciddi problemlərlə üzləşəndə Dini öz –özünə dedi: “Axtardığım nədir? Dinin qanunları məni sevindirmir? Belə azad həyat tərzi də mənim istədiyim deyil.”

Ramazan ayı gələndə Dini ciddi surətdə oruc tutmağa və dua etməyə başladı. Ramazan vaxtı bir gecə o, təhəccüd duası etməyi qərara aldı. Təhəccüd duası gündəlik olunan beş duadan fərqli olaraq ancaq gecə yarısı olunan duadır və bu duada Allahdan əlamətlər görməyi xahiş edə bilərsən. Dini deyirdi ki, o gecə elə güclü imanı var idi ki, Allahdan nə diləsəydi Onu eşidib cavab verəcəkdi. Duanın axırında o, Allahı çağırıb ağlayaraq dedi: “Ey Allah, mən Sənin yolunu tapmağda çaşmışam. Əgər Sən istəyirsən ki, mən dinin tələblərinə uyğun olmayan həyat yaşayım, onda mənə bu gecə düzgün yolu göstər. Əgər Sən mənə göstərməsən onda qoy mən elə istədiyim kimi yaşayım. Əgər ölsəm məni cəhənnəmə göndərmə. Çünki mən düzgün yolu bilmirdim. Bu ədalətsizlik olar ki, Sən mənə düzgün yolu heç vaxt göstərmədən mən cəhənnəmə gedim. Səndən istəyim yalnız odur ki, mənə düzgün yolu göstərəsən və mən göstərdiyin yola uyğun yaşayım.”

O dua edərkən birdən parlaq bir işıq peyda oldu və bir nəfər onun qarşısında durdu. O adam ağ paltar geyinmişdi və Dini onun üzünü görə bilmirdi. O anladı ki, bu ağ paltarlı adam İsa peyğəmbərdir. O Diniyə dedi: “Ardımca gəl.” Dini isə çaşıb qaldı və düşündü: “Bu necə olar bilər, axı mən müsəlmanam.

Saytımızda yerləşdirdiyimiz “Adi Röya deyil” filmindən Dininin hekayəsini, onun həyatında baş verən hadisələrin necə cərəyan etməsini tam izləyə bilərsiniz.