Əlinin hekayəsi (Türkiyə)

Əli

Əli doqquz qardaşın ən böyüyü idi, amma belə bir böyük ailənin üzvü olmaq onda xoş xatirələr saxlamamışdı. Əli həmişə özünü ailəsi tərəfindən rədd olunmuş kimi hiss edər və uşaq vaxtı çox ağlayardı.

Əli 20 yaşı olanda içki içməyə başladı. 25 yaşına çatanda isə o artıq içki düşkünü idi. O, evə gələndə demək olar ki, hər gün arvadını döyürdü. Uşaqlar isə bunu görüb qorxudan məktəbdən  evə deyil, dostlarının evinə gedib atası yatana kimi orda qalırdılar. Əli əslində içkini atmaq istəyirdi, arvadını incitdiyinə görə özünü pis hiss edirdi. Nəhayət, o  belə qərara gəldi ki, Ərəbistana köçüb orada tikintidə işləsin, çünki eşitmişdi ki, orada içki içmək qadağandır. Amma Ərəbistana gələn günü axşam içki tapıb içdi.

 

Baxmayaraq ki, Əli mövhumatçı adam deyildi, içkidən azad olmaq ümidilə o, Məkkəyə getməyi qərara aldı. Məkkədə olarkən birinci gecə Əli bir yuxu gördü. Yuxuda İsa peyğəmbər onun əlindən tutub dedi ki, “sən mənə məxsussan”. O həm də barmağını Əlinin alnına qoyub dedi ki, “sən buranı tərk edib elə indi getməlisən.” Əli yuxudan ayılanda o, İsanın “sən mənimlə gəlməlisən, sən mənə məxsusan ” deyən səsini yenə də eşidirdi. Əlinin dostu onun alnında İsanın ona toxunduğu yerdə parıldayan bir ləkə gördü.

Amma bütün bunlara baxmayaraq, Əli öz ziyarətini davam etdirmək istədi. Amma onun təzə maşını işə düşmədi. O, yenə də İsanın “sən buradan getməlisən” deyən səsini eşidirdi. Birdən o fikrini dəyişdi və Məkkəni tərk etmək qərarına gəldi və maşını işə düşdü. O öz mənzilinə gələndə yenə də İsanın səsini eşitdi. Bu dəfə İsa ona öz evinə, Türkiyəyəyə qayıtmağı dedi. Üç gündən sonra o, Türkiyədə öz evində ziyarətdən qayıtdığı üçün qonaqlıq verdi. O yenə də İsanın səsini eşitdi. Bu dəfə İsa ona dedi ki, qonaqlara desin ki, o indi məsihçidir, İsaya inanır. O belə də etdi, amma qonaqlar ona ciddi fikir vemədilər.

Bir dəfə Əli radioya qulaq asırdı və birdən “İsa ölüb və üçüncü gün ölülər arasından dirilib və indi Atasının sağ tərəfində oturub” deyən sözləri eşitdi.

Əgər Əlinin həyatında daha nələrin baş verdiyini bilmək istəyirsinizsə, onda siz saytımızda “Adi Röya deyil” filmindən Əlinin hekayəsini izləyə bilərsiniz.