Cənnətin qapısını açdın

Cənnətin qapısını açdın
Kasıblara, yorğunlara.
Öz yanına dəvət edib,
Həyat verdin Sən onlara.

(Nəqarət)

Apar Rəbbim, apar məni,
Dinclik olan Vətəninə.
Fani dünya yorub məni,
Möhür basıb bədənimə.

Bu gün bizə yol göstərir,
Önümüzdə Məsih gedir.
İşıq saçan Nurlu yolda,
Hər an Ona həmdlər edir